Bu il Azərbaycanda könüllü tibbi sığorta üzrə yığımların həcmi artıb

Bu il Azərbaycanda könüllü tibbi sığorta üzrə yığımların həcmi artıb
# 27 mart 2023 17:36 (UTC +04:00)

2023-cü ilin yanvar-fevral ayları ərzində Azərbaycanda könüllü tibbi sığorta üzrə yığımların həcmi 64 mln. 871.1 min manat təşkil edib.

“Apa-Economics” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 4% və ya 2 milyon 527.2 min manat çoxdur. 2022-ci ilin yanvar-fevral ayları ərzində könüllü tibbi sığorta üzrə toplanan sığorta haqqlarının həcmi 62 mln. 343.9 min manat idi.

Hesabat dövründə könüllü tibbi sığorta üzrə ödənişlərin həcmi 11 milyon 308.2 min manat olub ki, bu da əvvəlki dövrlə müqayisədə 0.9% və ya 100.1 min manat çoxdur. Ötən ilin müvafiq dövründə bu sığorta növü üzrə ödənişlərin həcmi 11 milyon 208.1 min manat təşkil edib.

Qeyd edək ki, cari ilin ilk iki ayı ərzində könüllü tibbi sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqından 17.40 manat sığorta ödənişi edilib. Bu rəqəm 2022-ci ilin ilk iki ayı ərzində 18 manata bərabər olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR