HP: İnvestisiya xərclərinə intizamlı yanaşma məqsədilə tikinti sferasına yeni mədəniyyətin gətirilməsi vacibdir

Vüqar Gülməmmədov

© APA | Vüqar Gülməmmədov

# 31 may 2023 12:47 (UTC +04:00)

“2022-ci il ərzində qanunvericiliyə istinad edilməklə xərclər üzrə aparılmış dəyişikliklər ötən illə müqayisədə artıb, bu dəyişikliklər büdcənin icrasına təsir göstərib”.

APA xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsi zamanı Hesablama Palatasının sədri Vüqar Gülməmmədov deyib.

Palata sədri bildirib ki, 2022-ci ildə də dövlət büdcəsinin kassa icrasının əhatəsinə daxil olan vəsaitlərin bir hissəsi bu anlayışın mahiyyəti ilə bəzi hallarda tam eynilik təşkil etməyib: “Belə ki, kassa icrası ünvanlı istifadəni ehtiva edir ki, bəzi hallarda dövlət xəzinədarlığı vasitəsilə icra edilmiş, lakin istifadə olunmamış və bank hesablarında qalmış-ünvana çatmamış vəsaitin icra hesabatlarında əks etdirilməsi ilə bağlı müəyyən suallar yaranır. Ümumiyyətlə, apardığımız araşdırmalar kassa icrası və dövlət büdcəsinin icrası anlayışlarının bəzi hallarda fərqli şərh edilə bildiyini göstərir”.

Palata sədri qeyd edib ki, nəzarət tədbirlərinin nəticələri dövlət büdcəsinin vəsaitləri və ya dövlət müəssisələrinin vəsaitləri hesabına əsaslı vəsait qoyuluşu məzmunlu, yəni kapitallaşdırılan xərclərin icrası çərçivəsində texniki iqtisadi əsaslandırma sənədlərinin hazırlanmasında problemlərin mövcudluğunu göstərir: “Hesab edirik ki, investisiya xərclərinə intizamlı yanaşma məqsədilə tikinti sferasına yeni mədəniyyətin gətirilməsi vacibdir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR