Nərə balığının qorunmasına dair dövlət sifarişi təsdiqlənəcək

Nərə balığının qorunmasına dair dövlət sifarişi təsdiqlənəcək
# 23 dekabr 2021 16:20 (UTC +04:00)

Nazirlər Kabineti nərə balıq növünün süni artırılması, təbii populyasiyasının bərpası və qorunmasına dair dövlət sifarişini təsdiq edəcək.
APA-nın məlumatına görə, bu, Prezident İlham Əliyevin bu gün imzaladığı “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının 2021-ci il 3 dekabr tarixli 401-VIQ nömrəli Qanununun tətbiqi ilə bağlı bir sıra məsələlər barədə” fərmanında əksini tapıb.
Fərmana əsasən, Nazirlər Kabineti Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Maliyyə Nazirliyi ilə razılaşdırılmış təklifləri əsasında, dövlət büdcəsinin vəsaiti hesabına maliyyələşən nərə balıq növünün süni artırılması, təbii populyasiyasının bərpası və qorunması, işlərini dövlət sifarişi kimi iki ay müddətində təsdiq etməlidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR