“Rabitəbank”ın rəhbərliyinə daha bir təyinat olub

“Rabitəbank”ın rəhbərliyinə daha bir təyinat olub
# 02 iyun 2023 17:32 (UTC +04:00)

Elşən Abdullayev “Rabitəbank” ASC-nin İcraçı direktoru (Biznes Bankçılığı üzrə) vəzifəsinə təyin edilib.

O, Azərbaycan Dövlət İqtisad Universitetində (ADİU) Ümumi İqtisadiyyat sahəsində bakalavr təhsili alıb.

Qeyd edək ki, Elşən Abdullayev 2006-ci ildə əmək fəaliyyətinə “AccessBank” QSC-də başlamış, 2018-ci ildən “Bank Respublika” ASC-də, 2022-ci ilin fevral ayından isə “TuranBank” ASC-də davam etdirmiş. 13.10.2022-ci il tarixdən o, “Rabitəbank” ASC-də Biznes bankçılığı departamentinin direktoru vəzifəsinə işə qəbul edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR