Valyuta hərracında bankların dollar tələbi 17% azalıb

Valyuta hərracında bankların dollar tələbi 17% azalıb
# 05 yanvar 2023 13:53 (UTC +04:00)

Bu gün Azərbaycan Mərkəzi Bankında (AMB) Dövlət Neft Fondunun iştirakı ilə növbəti valyuta hərracı keçirilib.

"APA-Economics" AMB-yə istinadən xəbər verir ki, hərracda tələb 52,7 ABŞ dolları olub və tam təmin edilib. Beləliklə, sonuncu valyuta hərracında tələb əvvəlki hərracla (29 dekabr 2022-ci il tarixində keçirilib – red.) müqayisədə 16,9% və ya 10,7 mln. ABŞ dolları azalıb.

Qeyd edək ki, ötən hərracda bankların dollar tələbi 63,4 mln. ABŞ dolları təşkil etmişdi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR