BMT qabaqcıl təcrübə qismində Azərbaycanın Hesablama Palatasının fəaliyyətini qiymətləndirib.
"APA-Economics" xəbər verir ki, bunu ASOSAI Dayanıqlı İnkişaf Məqsədlərinə dair İşçi Qrupun İllik İclasında Azərbaycan Hesablama Palatasının sədri Vüqar Gülməmmədov deyib.
O bildirib ki, Birləşmiş Millətlər fəaliyyət Təşkilatının İqtisadi və Sosial Məsələlər Departamentinin “Hökümətlərarası Dəstək Ofisi” və “Dayanıqlı İnkişaf üçün Koordinasiya Mərkəzi” tərəfindən BMT-yə üzv ölkələr tərəfindən təqdim edilmiş Könüllü Milli Hesabatlarda qabaqcıl təcrübələrə dair Hesabat “Dünyamızın transformasiyası: 2030 Gündəliyi”nin qəbul edilməsindən sonra hər il hazırlanmaqla qabaqcıl təcrübələri özündə ehtiva edir.
Adı çəkilən Hesabatda qabaqcıl təcrübə qismində Azərbaycan Hesablama Palatası tərəfindən həyata keçirilmiş fəaliyyət də əks olunub.
"Burada Hesablama Palatasının audit nəticələrinə istinad edilməklə qeyd edilir ki, iqlim dəyişikliyi kontekstində meşələrin idarə edilməsi qlobal olaraq sosial, ictimai, iqtisadi və mədəni əhəmiyyətə malikdir. Odur ki, meşələrin inkişafı fondlarının səmərəliliyi və səmərəliliyinin qiymətləndirilməsi ilə yanaşı, meşə təsərrüfatının idarə olunması üçün bu istiqamətdə maliyyə çatışmazlığı da dəyərləndirilməli, həmçinin meşələrin və yaşıllığın sosial-iqtisadi əhəmiyyətinə diqqət artırılmalıdır" - Vüqar Gülməmmədov əlavə edib.