Belarus ötən il Ermənistana 10 ədəd D-30 haubitsası satıb

Bakı. Rəşad Süleymanov - APA. Belarus ötən il Ermənistana 10 ədəd 122 mm çaplı D-30 haubitsası satıb. APA-nın xəbərinə görə, bu barədə BMT-nin Adi Silahlar Registrinin təqdim etdiyi hesabatda bildirilib. Ötən il Belarus, əsasən Ermənistan, Eritreya və Sudana silah və hərbi texnika satıb. Belarus hesabat dövründə Sudan üçün 2 ədəd BTR-70 transportyorunun modernləşdirilmiş «Kobra K2K» və «Kobra K2» modifikasiyalarını, Eritreya üçünsə 9 ədəd «Uraqan» reaktiv yaylım atəş sistemi göndərib. Müqavilələrin dəyəri barədə məlumat verilmir. Hesabatda qeyd olunur ki, rəsmi Minsk Azərbaycana 2005-ci ildə 19, 2006-cı ildə isə 41 ədəd T-72 tankı göndərib. Bu müqavilələrin dəyəri də açıqlanmayıb.
Qeyd edək ki, D-30 haubitsaları silahlanmaya 1960-cı ildə daxil edilib. Çəkisi 3150 kq olan haubitsanın 1 mərmisinin çəkisi 14,08-21,76 kq, dəqiqədə atış tempi isə 6-8 mərmidir. D-30 haubitsaları 15,3 km məsafəyə atəş açmaq qabiliyyətinə malikdir. Bu artilleriya sistemləri, əsasən MDB, Şərqi Avropa, İran, Afrika və bir sıra Latın Amerikası ölkələrinin ordularının arsenalına daxildir.

MDB

Yaxın vaxtlarda Rusiya XİN Ermənistanla münasibətlərin gərginləşməsi ilə bağlı bəyanat verəcək

Rusiya Beynəlxalq Cinayət Məhkəməsinin sədrini axtarışa verib

Rusiyanın daxili işlər naziri İrəvana gedib