İrəvandakı 1 mart hadisələri ilə bağlı 139 nəfərə rəsmi ittiham irəli sürülüb

İrəvandakı 1 mart hadisələri ilə bağlı 139 nəfərə rəsmi ittiham irəli sürülüb
# 06 avqust 2008 11:58 (UTC +04:00)
İrəvan – APA. İrəvanda martın 1-də baş vermiş kütləvi iğtişaşla bağlı aparılan istintaq çərçivəsində 139 nəfərə rəsmi ittiham irəli sürülüb. APA-nın “Novosti-Armeniya” agentliyinə istinadən verdiyi məlumata görə, Ermənistanın baş prokuroru Aqvan Ovsepyan 117 nəfər haqqında həbs-qətimkan tədbiri seçildiyini, 22 nəfərdən isə başqa yerə getməmək barədə iltizam alındığını bildirib. O, indiyədək 95 nəfər barəsində 82 cinayət işinin məhkəmələrə göndərildiyini, 77 nəfər haqqında 67 məhkəmə hökmünün çıxarıldığını vurğulayıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR