Dağıstanın Kizlyar şəhər Prokurorluğunun binası yandırılıb

Dağıstanın Kizlyar şəhər Prokurorluğunun binası yandırılıb
# 07 avqust 2008 07:23 (UTC +04:00)
Kizlyar – APA. Dağıstanın Kizlyar şəhər Prokurorluğunun və İstintaq İdarəsinin binası yandırılıb. APA-nın “İnterfaks”a istinadən verdiyi məlumata görə, avqustun 7-də Moskva vaxtı ilə saat 04.00-da 6 nəfər maskalı və silahlı şəxs prokurorluğa gəliblər. Onlar gözətçini döyərək içəri giriblər və birinci mərtəbəyə benzin tökərək binaya od vurublar. Hadisə yerinə gələn yanğınsöndürənlər yanğını qarşısını ala biliblər.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR