Gürcü-osetin münaqişəsi zonasında vəziyyət gərginləşib

Sxinvali – APA. Ötən gecə səhərə qədər gürcü-osetin münaqişəsi zonasında atışma olub. APA-nın “Novosti-Qruziya” agentliyinə istinadən verdiyi məlumata görə, tərəflər bir-birini ittiham edərək cavab atəşi açmağa məcbur olduqlarını bildiriblər. Cənubi Osetiya tərəfi Dmenisi, Satikar kəndləri və Sxinvali şəhərinin cənub hissəsinin iri çaplı silahlardan və artilleriyadan atəşə tutulduğunu, ölənlər və yaralananlar olduğunu açıqlayıb. Dmenisi kəndindəki tikililərin 20 faizinin dağıldığı iddia edilir. Separatçıların “Mətbuat və İnformasiya Komitəsi” 18 nəfərin yaralandığını və onlardan birinin vəziyyətinin ağır olduğunu bildirib. “Rustavi-2” telekanalı isə gürcülər yaşayan Eredvi, Prisi, Nuli və Avnevi kəndlərinin gecə boyunca intensiv atəşə tutulduğu və yaralıların olduğu haqda xəbər yayıb. Vəziyyətin gərginləşməsindən narahat olan Avropa Birliyi tərəfləri güc tətbiqindən çəkinməyə və danışıqlar masasına əyləşməyə çağırıb.
MDB

Rusiya XİN: Paşinyan siyasi uğursuzluqlarına görə Moskvanı günahlandırmaq istəyir

Yaxın vaxtlarda Rusiya XİN Ermənistanla münasibətlərin gərginləşməsi ilə bağlı bəyanat verəcək

Rusiya Beynəlxalq Cinayət Məhkəməsinin sədrini axtarışa verib
