Ukrayna Müdafiə Nazirliyi hərbi parad keçirmək üçün pul tapmır

Kiyev - APA. Ukrayna Müdafiə Nazirliyi ölkənin müstəqilliyinin 17-ci ildönümü münasibətilə nəzərdə tutulan hərbi paradın keçirilməsi məsələsində problemlə üzləşib. APA-nın “UNİAN”-a istinadən verdiyi məlumata görə, müdafiə naziri Yuri Yexanurov bildirib ki, paradın hazırlığı və keçirilməsi üçün dövlət büdcəsindən ayrılan maliyyə vəsaiti hələ də Müdafiə Nazirliyinin hesabına köçürülməyib. Müdafiə naziri parada daxili ehtiyatlar hesabına hazırlaşdıqlarını deyib.
Qeyd edək ki, bu gün Kiyev vilayətinin Belotserkov rayonunda yerləşən keçmiş “Qayok” hərbi aerodromunda parada hazırlıq məqsədilə məşq keçirilib.
Xatırladaq ki, bir qədər əvvəl “Maydan”da keçirilməsi nəzərdə tutulan hərbi paradın hazırlığına və keçirilməsinə Ukrayna büdcəsindən 70 milyon qriven ayrıldığı barədə məlumat verilib.

MDB

Rusiyanın Bryansk vilayətində PUA hücumuna görə elektrik təchizatı kəsilib - VİDEO

Stoltenberq: Kosovoda şəxsi heyətin sayı artırılır

Ermənistanda Rusiya telekanallarına qadağa tətbiqi müzakirə edilir