Soçi çimərliyində partlayış olub, 2 nəfər ölüb

Soçi – APA. Bu gün səhər Rusiyanın Soçi şəhərinin Loo kurort qəsəbəsindəki çimərlikdə partlayış baş verib. APA-nın Rusiya xəbər agentliklərinə istinadən verdiyi məlumata görə, gənc kişi və qadın çimərlikdə paket tapıblar. Qadın paketi götürərkən partlayış baş verib. Nəticədə hər iki şəxs hadisə yerində ölüb, üç nəfər isə yaralanıb. Ayağı qopan bir yaralının vəziyyəti ağırdır. Ölən kişinin 31 yaşlı Rostov sakini, qadının isə 22 yaşlı Ukrayna vətəndaşı olduğu müəyyənləşdirilib. Müstəntiqlər və mütəxəssislər hadisə yerində müayinə aparıblar. Soçi Daxili İşlər Şöbəsi partlayışla bağlı informasiya verəcək şəxsə 2 milyon rubl mükafat vəd edib. Prezident Dmitri Medvedev özünün Cənub federal dairəsindəki daimi nümayəndəsi Vladimir Ustinova təhqiqatı nəzarətə götürməyi tapşırıb. Faktla bağlı cinayət işi qaldırılıb.
MDB

Rusiyanın Bryansk vilayətində PUA hücumuna görə elektrik təchizatı kəsilib - VİDEO

Stoltenberq: Kosovoda şəxsi heyətin sayı artırılır

Ermənistanda Rusiya telekanallarına qadağa tətbiqi müzakirə edilir
