Sxinvali ətrafındakı 11 kənd və yüksəkliklər gürcü ordusunun nəzarətinə keçib

Şəhər ətrafındakı yüksəkliklərə də hökumət qüvvələri nəzarət edir. Separatçıların lideri Eduard Kokoytı və Rusiyanın Şimali Osetiya Muxtar Respublikasının prezidenti Teymuraz Mamsurov isə Sxinvaliyə tam nəzarət etdiklərini və döyüşlərin şəhər ətrafında getdiyini bildiriblər.
Gürcüstanın baş naziri Vladimir Qurgenidze əhalini sakitliyə çağırıb: “Bu gün ölkədə adi iş günüdür. Biz adi vaxtlarda olduğu kimi, işləyirik”. Baş nazir məqsədlərinin münaqişə zonasında sabitliyi bərpa etmək olduğunu deyib: “Biz bu məqsədə çatmadan dayanmayacağıq”. V. Qurgenidze Cənubi Osetiyaya geniş muxtariyyət verməyə hazır olduqlarını bir daha təkrarlayıb. O, Cənubi Osetiya əhalisinə humanitar yardım göstərmək üçün 50 milyon lari (35 milyon dollardan çox) ayıracaqlarını açıqlayıb.
Bu arada Gürcüstan Daxili İşlər Nazirliyi bu gün səhər Rusiya hərbi təyyarələrinin ölkənin hava məkanını pozduğunu bəyan edib. DİN-in məlumatına əsasən üç hərbi təyyarə Gürcüstan ərazisinə daxil olub və onlardan biri Kareli şəhərindəki polis idarəsini bombalayıb. Təyyarədən iki bomba atılıb. Ölənlər, yaralananlar və dağıntılar haqda məlumat yoxdur.

MDB

Rusiyanın Bryansk vilayətində PUA hücumuna görə elektrik təchizatı kəsilib - VİDEO

Stoltenberq: Kosovoda şəxsi heyətin sayı artırılır

Ermənistanda Rusiya telekanallarına qadağa tətbiqi müzakirə edilir