BMT Təhlükəsizlik Şurası Rusiyanın təklifini rədd edib

BMT Təhlükəsizlik Şurası Rusiyanın təklifini rədd edib
# 08 avqust 2008 09:03 (UTC +04:00)
Nyu-York – APA. BMT Təhlükəsizlik Şurasının Rusiyanın təklifi ilə çağırılan növbədənkənar yığıncağında Cənubi Osetiya münaqişəsi zonasında yaranmış vəziyyət müzakirə edilib. APA-nın AFP-yə istinadən verdiyi məlumata görə, Rusiya Gürcüstanın güc tətbiq etməsini pisləyən qərar qəbul olunmasını təklif etsə də, bu təklif keçməyib. TŞ yalnız münaqişə zonasında gərginliyin artmasından narahatlıq bildirməklə kifayətlənib. Böyük Britaniyanın BMT-dəki daimi nümayəndəsinin müavini Karen Pirs gürcü-osetin münaqişəsi ilə bağlı vahid mövqe nümayiş etdirilməməsindən təəssüflənib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR