Rusiyaya məxsus təyyarələr Gürcüstanın Qori şəhərini bombalayıb, bir təyyarə vurulub

Rusiyaya məxsus təyyarələr Gürcüstanın Qori şəhərini bombalayıb, bir təyyarə vurulub
# 08 avqust 2008 09:54 (UTC +04:00)
Gürcüstan prezidenti Mixail Saakaşvili isə Rusiya tərəfindən gürcü şəhərlərinin bombalamasının dayandırılmasını tələb edib. Bu gün televiziya ilə ölkədə səfərbərlik elan edən M. Saakaşvili Gürcüstana qarşı irimiqyaslı hərbi təcavüzə başlandığını bildirib: “Bütün dünyanın qarşısında bəyan edirəm ki, Rusiya Gürcüstan ərazilərini bombardman edib. Gürcüstanın yaşayış məntəqələri, mülki obyektlər bombalanıb. Bu, təcavüzdən başqa bir şey deyil”.

Beynəlxalq ictimaiyyətə müraciət edən M. Saakaşvili Gürcüstan şəhərlərinin bombalanmasının dərhal dayandırılmasını tələb edib: “Bu qarşıdurmanın təşəbbüskarı Gürcüstan olmayıb. Lakin Gürcüstan öz ərazilərini güzəştə getməyəcək, öz azadlığından imtina etməyəcək”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR