Vladimir Putin Gürcüstanı təcavüzdə ittiham edib

Vladimir Putin Gürcüstanı təcavüzdə ittiham edib
# 08 avqust 2008 10:08 (UTC +04:00)
Pekin – APA. Olimpiya oyunlarının açılışına qatılmaq üçün Çinin paytaxtı Pekində olan Rusiyanın baş naziri Vladimir Putin gürcü-osetin münaqişəsi zonasında yaranmış vəziyyətə münasibət bildirib. APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, V. Putin Qazaxıstan prezidenti Nursultan Nazarbayevlə görüşündə deyib ki, Gürcüstanın Cənubi Osetiyaya qarşı təcavüzkar hərəkətlərindən sonra Olimpiya oyunlarının açılışına kölgə düşüb: “Olimpiya oyunlarının mahiyyəti budur ki, həmin gün silahlar susmalıdır. Çox təəssüf ki, bunun əksi oldu və Gürcüstan hakimiyyəti faktiki olaraq döyüş əməliyyatlarına başladı”. V. Pitinin fikrincə, MDB ölkələri Gürcüstanı hərbi əməliyyatlara son qoymağa çağırmalıdır: ”MDB çərçivəsində bu hərəkətə qiymət verilməsi çox yaxşı olardı”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR