Sxinvalinin mərkəzində döyüşlər gedir

Sxinvalinin mərkəzində döyüşlər gedir
# 08 avqust 2008 11:30 (UTC +04:00)
Tiflis – APA. Cənubi Osetiyanın böyük hissəsi Gürcüstanın hökumət qoşunları tərəfindən azad edilib. APA-nın “Novosti-Qruziya” agentliyinə istinadən verdiyi məlumata görə, bunu televiziya ilə çıxışında prezident Mixail Saakaşvili deyib. Hazırda Gürcüstanın Vaziani, Qori, Batumi, Senaki və Kutaisi hərbi bazalarında ehtiyatda olan hərbçilərin və könüllülərin səfərbərliyi aparılır. Artıq Kutaisidə ehtiyatda olan hərbçilərdən ibarət iki batalyon formalaşdırılaraq müharibə zonasına göndərilib. Gürcü-abxaz münaqişəsi zonasındakı Rusiya sülhməramlılarının komandanı, general-mayor Marat Kulaxmetov Sxinvalinin mərkəzində döyüşlər getdiyinə dair xəbərləri təsdiqləyib. O, dinc əhali arasında onlarla ölən və yaralananlar olduğunu iddia edib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR