Gürcüstanın Rusiyadakı səfirliyinin mühafizəsi gücləndirilib

Moskva – APA. Gürcüstanın Moskvadakı səfirliyinin mühafizəsi gücləndirilib. APA-nın məlumatına görə, bu barədə “RİA Novosti”-yə Moskva Şəhər Daxili İşlər İdarəsinin İnformasiya İdarəsinin rəisi Viktor Biryukov bildirib. İdarə rəisi Cənubi Osetiyada baş verənlərlə əlaqədar səfirliyin binasının ətrafında əlavə milis naryadlarının yerləşdirildiyini deyib. O, səfirliyin binası yaxınlığında hələlik hər hansı hadisənin baş vermədiyini vurğulayıb. Hər cür təxribatın baş verə biləcəyini qeyd edən idarə rəisi milisin qanunsuz əməllərin qarşısını almaq gücündə olduğunu bildirib.
MDB

Rusiya XİN: Paşinyan siyasi uğursuzluqlarına görə Moskvanı günahlandırmaq istəyir

Yaxın vaxtlarda Rusiya XİN Ermənistanla münasibətlərin gərginləşməsi ilə bağlı bəyanat verəcək

Rusiya Beynəlxalq Cinayət Məhkəməsinin sədrini axtarışa verib
