Ermənistan Serbiyadan xeyli silah alıb

Bakı. Rəşad Süleymanov - APA. Ermənistan ötən il Serbiyadan 12,7 mm çaplı 250 ədəd «Black Arrow» markalı snayper tüfəngi alıb. APA-nın bildirdiyinə görə, bu barədə BMT-nin silahlar registrində qeyd olunub. Bu snayper tüfəngləri Serbiyanın «Zastava» silah zavodunun istehsalıdır. Registrdə, həmçinin qeyd olunur ki, Ermənistan ötən il Serbiyadan 100 ədəd 30 mm çaplı AGM-17 (avtomatik qumbaraatan) silahları da əldə edib.
Qeyd edək ki, Ermənistan xaricdən aldığı silahları BMT registrindən maksimum gizlətməyə çalışır. Ekspertlərin fikrincə, bu, Ermənistanın aldığı silahların cüzi bir hissəsidir.
Qeyd edək ki, Ermənistan xaricdən aldığı silahları BMT registrindən maksimum gizlətməyə çalışır. Ekspertlərin fikrincə, bu, Ermənistanın aldığı silahların cüzi bir hissəsidir.
MDB
Lavrov: Ukrayna ilə danışıqlara hazırıq, amma atəşkəsə yox

Paşinyan ABŞ dövlət katibi ilə telefonla danışıb

İrəvandakı etiraz aksiyalarında 49 nəfər saxlanılıb, 5 nəfər həbs edilib
