Sxinvalinin 70 faizindən çoxu gürcü qoşunlarının nəzarətinə keçib

Sxinvalinin 70 faizindən çoxu gürcü qoşunlarının nəzarətinə keçib
# 08 avqust 2008 12:35 (UTC +04:00)
Sxinvali – APA. Cənubi Osetiya separatçılarının Sxinvalidə yalnız bir müqavimət nöqtəsi qalıb. APA-nın ”Regnum”a istinadən verdiyi məlumata görə, osetiyalılar şəhərin Sarz adlanan rayonunda bir postda müqaviməti davam etdirirlər. Cənubi Osetiyanı Şimali Osetiya ilə birləşdirən yol gürcü qoşunları tərəfindən tutulub və qaçqınlar bölgəni tərk edə bilmir. Tiflis meri Georgi Uqulava isə hökumət qoşunlarının Sxinvalinin 70 faizindən çoxunu nəzarətə götürdüyünü bildirib. O, Sxinvali sakinlərinin hərbi əməliyyatlar zonasını tərk etməsi üçün dəhliz yaradılacağını və saat 15-dən 18-ə qədər atəşi dayandıracaqlarını açıqlayıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR