Rusiya ordusu Cənubi Osetiyaya daxil olub, Gürcüstan ordusu geri çəkilir

Rusiya ordusu Cənubi Osetiyaya daxil olub, Gürcüstan ordusu geri çəkilir
# 08 avqust 2008 14:01 (UTC +04:00)
Rusiyanın Su-24 və Su-27 hərbi təyyarələri isə Cənubi Osetiyadakı gürcü qoşunlarının mövqelərini bombalamağa başlayıb. “Rustavi-2” telekanalı 2 təyyarənin vurulduğu barədə xəbər yayıb. “Regnum” agentliyi Sxinvali səmasının Rusiya hərbi təyyarələri tərəfindən tam nəzarətə götürüldüyünü, Rusiya qoşunlarının Sxinvalinin girəcəyində olduğunu və gürcü qoşunlarının geri çəkilməyə başladığını xəbər verib.

Rusiya prezidenti Dmitri Medvedev televiziyalarla canlı yayımlanan çıxışında bəyan edib ki, Cənubi Osetiya ərazisində Rusiya vətəndaşlarının ölümünə bais olanlar layiqli cəzalarını alacaqlar. O bildirib ki, gürcü qoşunları beynəlxalq hüququ kobudcasına pozaraq sülhməramlılara və dinc sakinlərə qarşı təcavüz həyata keçirib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR