Tiflisi bombalayan Rusiya təyyarəsi Ermənistandan qalxıb - YENİLƏNİB

Şimali Qafqaz hərbi dairəsinin qərargahından bildiriblər ki, artıq Rusiya hərbi texnikası Sxinvaliyə daxil olub. Gürcü xəbər agentlikləri isə yerli vaxtla saat 15.10-da Rusiya hərbi təyyarələrinin Tiflis yaxınlığındakı Vaziani bazasını bombaladığı haqda xəbər yayıblar. Hərbi bazaya iki bomba atıldığı bildirilir. Bazada hər hansı insan itkisi olmayıb. “Qruziya Online” saytı bildirir ki, Vaziani bazasını bombalayan təyyarə Ermənistan ərazisindən gəlib. Agentlik Ermənistanın Gümrü şəhərində yerləşən Rusiya ordusunun 102-ci bazasında aviasiya alayının olduğunu xatırladıb. Gürcüstanla Ermənistan arasında imzalanmış müqaviləyə əsasən Ermənistan öz ərazisini Gürcüstana hücum üçün başqa bir dövlətə təqdim edə bilməz.
Pekində Rusiyanın baş naziri Vladimir Putinlə görüş keçirən ABŞ prezidenti Corc Buş tərəfləri gürcü-osetin münaqişəsi zonasında atəşi dərhal dayandırmağa çağırıb. Avropa Birliyi və ATƏT də analoji müraciətlə çıxış ediblər.

MDB

Paşinyan: KTMT və digər strukturlar bizim təhlükəsizliyimizə təminat verə bilmir
Lavrov: Ukrayna ilə danışıqlara hazırıq, amma atəşkəsə yox

Paşinyan ABŞ dövlət katibi ilə telefonla danışıb