Aİ ölkələri Ukraynaya yeni hərbi yardım tranşının ayrılmasını müzakirə edəcək

Aİ ölkələri Ukraynaya yeni hərbi yardım tranşının ayrılmasını müzakirə edəcək
# 22 may 2023 12:25 (UTC +04:00)

Avropa İttifaqına (Aİ) üzv ölkələrin xarici işlər nazirləri bu gün Avropa Sülh Fondundan Ukraynaya yeni hərbi yardım tranşının ayrılmasını müzakirə edəcək.

APA TASS-a istinadən xəbər verir ki, bu barədə Aİ-nin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrell bildirib.

Əlavə edib ki, XİN rəhbərlərinin bugünkü görüşündə Rusiyaya qarşı yeni sanksiyalar paketi də müzakirə ediləcək:

“Aİ xarici işlər nazirləri bazar ertəsi yeni sanksiyalar paketini və Ukraynaya Avropa Sülh Fonundan yeni hərbi yardım tranşını müzakirə edəcəklər. Biz Rusiyaya qarşı G7 tərəfindən təklif edilmiş yeni sanksiyaları da müzakirə etmək niyyətindəyik”.

Borrell əlavə edib ki, Rusiyaya qarşı növbəti məhdudiyyətlərin tətbiqi ilə bağlı problem yalnız Macarıstanla bağlı deyil və digər üzv ölkələrin də müzakirə edilməli olan etirazları var.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR