Ermənistan gələn il Təbrizdə konsulluq açacaq

Ermənistan gələn il Təbrizdə konsulluq açacaq
# 03 noyabr 2022 16:05 (UTC +04:00)

Ermənistan 2023-cü ildə Təbrizdə konsulluq açmağı planlaşdırır.

APA “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bu barədə Ermənistan XİN başçısı Ararat Mirzoyan parlamentdə çıxışı zamanı bildirib.

O, Təbrizlə yanaşı, Rusiyanın Vladiqafqaz şəhərində də konsulluq açılacağını, Kipr və Serbiyada isə diplomatik ofislərin təşkil ediləcəyini əlavə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR