Ermənistan KTMT-nin Qırğızıstanda keçiriləcək hərbi təlimlərində iştirak barədə yekun qərar verməyib

Ermənistan KTMT-nin Qırğızıstanda keçiriləcək hərbi təlimlərində iştirak barədə yekun qərar verməyib
# 22 may 2023 13:13 (UTC +04:00)

Ermənistan hələ ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Qırğızıstanda keçiriləcək hərbi təlimlərində iştirakla bağlı yekun qərar verməyib.

APA xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan bu gün keçirdiyi mətbuat konfransında deyib.

“KTMT ilə münasibətlərə gəldikdə isə, bizə elə gəlir ki, bu təşkilat Ermənistana girmək əvəzində ondan çıxır”, - Paşinyan bildirib.

Ermənistan bu barədə o zaman de-yuri qərar qəbul edəcək ki, KTMT-nin Ermənistandan çıxdığını müşahidə edəcək, yəni onun öz öhdəliklərini yerinə yetirmədiyi baş verəcək”, - o vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR