Ermənistanda 15 hərbçinin öldüyü yanğınla bağlı zabit həbs olunub

Ermənistanda 15 hərbçinin öldüyü yanğınla bağlı zabit həbs olunub
# 01 fevral 2023 13:44 (UTC +04:00)

Ermənistan Müdafiə Nazirliyinin hərbi hissəsində 15 hərbçinin ölümü ilə nəticələnən yanğınla bağlı həmin hərbi hissəsinin zabiti həbs olunub.

APA “Sputnik Armenia”ya istinadən xəbər verir ki, kapitan rütbəsi daşıyan həmin hərbçi sobanı yandırmaq istəyən zaman yanğın başlayıb.

Ona qarşı Cinayət Məcəlləsinin 532-ci maddəsinin 4-cü bəndi ilə iş açılıb.

E.V. adlı zabitin yanğın təhlükəsizliyi qaydalarını pozmaqda təqsirləndirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR