Gümrüdə hakimiyyətin siyasətinə etiraz əlaməti olaraq polis idarəsinə qumbara ilə girən şəxs saxlanılıb.
APA xəbər verir ki, 27 yaşlı şəxs özünü partlatmaqla hədələyib.
Saxlanılan şəxs hökumətlə problemlərinin olduğunu, hakimiyyətin siyasətinə qarşı olduğunu etiraf edib. Həmin şəxs saxlanılaraq barəsində cinayət işi başlanıb.