Ermənistanın Hindistandakı səfirliyində hərbi attaşe postu yaradılıb.
APA “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bu barədə Ermənistan hökumətinin qərarında deyilir.
Hindistandakı səfirliyin nəzdində hərbi attaşe ştatının yaradılması planlaşdırılır.
Bu posta kimin və hansı müddətə təyin olunması açıqlanmır.