İrəvanda müxalifət Baş nazir Nikol Paşinyanın impiçmentinə çalışır - YENİLƏNİB

İrəvanda müxalifət Baş nazir Nikol Paşinyanın impiçmentinə çalışır - YENİLƏNİB
# 15 sentyabr 2022 02:08 (UTC +04:00)

İrəvanda müxalifət Baş nazir Nikol Paşinyanın impiçmentinə çalışır.

APA erməni mediasına istinadən xəbər verir ki, Parlamentin baş nazirə etimadsızlığı üçün 18 səs çatmır.

Müxalif deputatlar hakim partiya deputatlarına impiçment kampaniyasına qoşulmaları üçün vaxt veriblər.

Bildirilir ki, impiçment üçün 18 səs çatmır.

***

14.09.2022

Saat 22:02

Ermənistan parlamenti və hökumət binasının qarşısında etiraz aksiyaları keçirilir.

APA “Sputnik Armenia” saytına istinadən xəbər verir ki, buna səbəb Ermənistanın baş naziri Nikol Paşinyanın Milli Assambleyada verdiyi açıqlamalar olub.

Nikol Paşinyan Ermənistan tərəfinin hər hansı sənəd imzalamağa hazırlaşması ilə bağlı dediklərini təkzib edib.

O bu barədə rəsmi “Facebook” səhifəsində yazıb.

Parlament binasının yaxınlığında keçirilən aksiya zamanı vətəndaşlar Baqramyan prospektini bağlayıb, nəqliyyatın hərəkəti dayandırılıb.

İrəvanda etirazçılar Ermənistan parlamentinin qapısını sındırmağa cəhd ediblər.

Öz növbəsində, polis fəallardan yolu açmağı tələb edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR