KİV: Ermənistan parlamentinin gündəliyinə Roma Statutunun ratifikasiyası məsələsi daxil edilməyib

KİV: Ermənistan parlamentinin gündəliyinə Roma Statutunun ratifikasiyası məsələsi daxil edilməyib
# 19 may 2023 10:55 (UTC +04:00)

Ermənistan parlamentinin iclasının gündəliyinə Beynəlxalq Cinayət Məhkəməsinin Roma Statutunun ratifikasiyası məsələsi daxil edilməyib.

APA xəbər verir ki, bu barədə yerli “Hraparak” nəşri yazıb.

Nəşrin sözlərinə görə, gələn həftə Ermənistan parlamentinin növbəti sessiyası başlayacaq və deputatlar bir sıra məsələləri müzakirə edəcəklər.

Qeyd olunub ki, Roma Statutunun yaratdığı öhdəliklərin ratifikasiyası gündəmə daxil edilməyib.

Xatırladaq ki, Kreml İrəvanın Roma Statutuna qoşulmaq planlarına mənfi reaksiya verib və bunun ardınca Ermənistan parlamentinin spikeri Alen Simonyan bəyan edib ki, hazırda hər hansı konkret səmərəliliyi olmayan bu addımın atılması Rusiyaya qarşı münasibətdə yanlışlıq olardı.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR