KİV: Şoyqu taxıl sazişini imzalamaq üçün İstanbula gəlib

Sergey Şoyqu

© APA | Sergey Şoyqu

# 22 iyul 2022 13:36 (UTC +04:00)

Rusiyanın müdafiə naziri, ordu generalı Sergey Şoyqu İstanbula gəlib.

APA xəbər verir ki, bu barədə "Habertürk" telekanlı məlumat yayıb.

Onun taxılın daşınması üzrə sazişi imzalamaq üçün İstanbula gəldiyi deyilir.

Moskva vaxtı ilə saat 16:30-da Qara dəniz limanlarından Ukrayna taxılının ixracına dair Rusiya, Ukrayna, Türkiyə və BMT arasında sazişin imzalanması planlaşdırılır.

İclasda Ukraynadan infrastruktur naziri Aleksandr Kubrakov iştirak edəcək.

Müqavilənin imzalanma mərasimi Dolmabaxça sarayında keçiriləcək. Tədbirdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və BMT-nin Baş katibi Antoniu Quterreş də iştirak edəcək.

Dördlüyün imzalayacağı sənəd yük gəmilərinin Qara dənizdən beynəlxalq sulara keçməsi ilə bağlı hər bir tərəfin öhdəliklərini tənzimləyəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR