Rusiya Federasiyası Ermənistanla KTMT mövzusunda dialoqu davam etdirəcək.
APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.
Onun sözlərinə görə, KTMT müxtəlif situasiyalarda etibarlılıq qazanıb və effektivlik nümayiş etdirib: "KTMT-nin inkişaf potensialı var", deyə Kremlin sözçüsü vurğulayıb.