Kreml Kiyevin Minskə hücum etməməklə bağlı pakt təklif etməsindən məlumatsızdır

Kreml Kiyevin Minskə hücum etməməklə bağlı pakt təklif etməsindən məlumatsızdır
# 24 yanvar 2023 14:00 (UTC +04:00)

Kreml Ukraynanın Belarusa hücum etməməklə bağlı pakt bağlamağı təklif etməsi barədə məlumata malik deyil.

APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.

O, Belarus Prezidenti Aleksandr Lukaşenkonun Kiyevin Minskə hücum etməmək haqqında pakt bağlamağı təklif etdiyi barədə bəyanatı ilə bağlı sualı şərh etməyib.

“Xeyr, hələlik bu barədə şərh verə bilmərəm, məndə məlumat yoxdur”, - Kremlin sözçüsü vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR