Lavrov: ATƏT sürətlə deqradasiyaya uğrayır

Lavrov: ATƏT sürətlə deqradasiyaya uğrayır
# 19 yanvar 2023 17:16 (UTC +04:00)

ATƏT sürətlə və açıq şəkildə deqradasiyaya uğrayır, getdikcə öz prinsiplərindən uzaqlaşır.

APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Minskdə belaruslu həmkarı ilə danışıqlarının yekunlarına dair birgə mətbuat konfransında bildirib.

"ATƏT sürətlə və açıq şəkildə deqradasiyaya uğrayır, Helsinki Yekun Aktında, ATƏT-in sonrakı sammitlərinin sənədlərində təsbit olunmuş ali prinsiplərdən getdikcə daha da uzaqlaşır. Mən bərabər bölünməz təhlükəsizlik prinsiplərinə əsaslanan hərbi-siyasi təhlükəsizliyə dair sənədləri xüsusilə qeyd edəcəyəm”, - deyə Rusiya XİN başçısı vurğulayıb.

Lavrov xatırladıb ki, 1999-cu ildə İstanbulda, 2020-ci ildə isə Astanada ATƏT-in sammitlərində iştirakçı dövlətlərin liderləri heç bir ölkənin başqalarının təhlükəsizliyini pozmaq hesabına öz təhlükəsizliyini gücləndirməyəcəyinə və heç bir ölkənin və heç bir ATƏT məkanı üzrə təşkilatın bu regionda hərbi-siyasi təhlükəsizlik sahəsində dominantlıq iddiasında olmayacağına imza atıblar.

“Bütün bu öhdəliklər qərbli həmkarlarımız tərəfindən pozulub”, - deyə rusiyalı nazir yekunlaşdırıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR