Lavrov: Rusiya və ABŞ kəşfiyyat rəhbərlərinin görüşünü Bayden Putindən xahiş etmişdi

Lavrov: Rusiya və ABŞ kəşfiyyat rəhbərlərinin görüşünü Bayden Putindən xahiş etmişdi
# 18 yanvar 2023 13:49 (UTC +04:00)

Rusiya və ABŞ kəşfiyyat rəhbərlərinin görüşünü Bayden Putindən xahiş etmişdi.

APA-nın Moskva müxbirinin məlumatına görə, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov 2022-ci ilin yekunlarına dair mətbuat konfransında bildirib.

O, Rusiya Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Sergey Narışkinlə ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Uilyam Börns arasında görüşü faydalı adlandırıb: "Əlaqələri ABŞ Rusiya ilə kəsib. Ona görə də biz onlardan əlaqələri bərpa etməyi xahiş etməyəcəyik. Özləri əlaqələri kəsiblər. Bayden Putindən Narışkinlə Börnsün görüşməsini xahiş etmişdi. Heç bir irəliləyiş olmasa da, onların görüşünü faydalı hesab edirəm".

Qeyd edək ki, Narışkinlə Börns ötən ilin noyabrında İstanbulda görüşmüşdülər.

;
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR