Rusiya xarici işlər naziri Sergey Lavrova yeni müavin təyin edilib.
APA-nın Moskva müxbiri xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putin Sergey Butini xarici işlər nazirinin müavini təyin edib.
Qeyd edək ki, bir müddət əvvəl Rusiya XİN başçısının müavini Oleq Sırmolotov təqaüd yaşı ilə əlaqədar vəzifəsindən azad olunub.