Mirzoyan və Stoltenberq Ermənistan-Türkiyə normallaşmasını müzakirə edib

Mirzoyan və Stoltenberq Ermənistan-Türkiyə normallaşmasını müzakirə edib
# 23 yanvar 2023 18:05 (UTC +04:00)

Brüsseldə səfərdə olan Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan NATO Baş katibi Yens Stoltenberqlə görüşüb.

APA “Sputnik Armenia”ya istinadən xəbər verir ki, Ararat Mirzoyan və Stoltenberq İrəvanla NATO arasında əməkdaşlığı müzakirə edib.

Ararat Mirzoyan NATO Baş katibi ilə regional məsələlərə, o cümlədən Ermənistan-Türkiyə münasibətlərinin normallaşdırılması prosesinə dair fikir mübadiləsi aparıb.

Ararat Mirzoyan və Yens Stoltenberq Laçın yolundakı vəziyyətə də toxunublar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR