Moskva meri Sergey Sobyanin quş qripi ilə əlaqədar paytaxtın bir sıra rayonlarında karantin elan edib.
APA-nın Moskva müxbiri xəbər verir ki, bu barədə mos.ru saytı məlumat yayıb.
Bildirilib ki, Moskvanın xəstəliyin yayılma ehtimalı olan zona-rayonlarının siyahısına Brateevo, Kapotnya, Maryino, Lyublino, Peçatniki, Moskvoreçye-Saburovo, Tsaritsıno, Şərqi Biryulyovo, Orexovo-Borisovo Şimal və Cənub, Zyablikovo daxildir.