Özbəkistan prezidenti və ABŞ dövlət katibinin görüşü başlayıb - YENİLƏNİB

Özbəkistan prezidenti və ABŞ dövlət katibinin görüşü başlayıb - YENİLƏNİB
# 01 mart 2023 16:22 (UTC +04:00)

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev və ABŞ dövlət katibi Entoni Blinkenin arasında görüş başlanıb.

APA xəbər verir ki, bu barədə “Sputnik”in Özbəkistan bürosu bildirib.

Qeyd olunub ki, Mirziyoyev Blinkenin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

***

16:14

ABŞ dövlət katibi Entoni Blinken Daşkəndə səfəri çərçivəsində Özbəkistandakı islahatları müzakirə edəcək.

APA xəbər verir ki, bu barədə Blinken Özbəkistan XİN rəhbərinin vəzifəsini icra edən Baxtiyor Saidovun da iştirakı ilə keçirilmiş mətbuat konfransında jurnalistlərə bəyan edib.

Özbəkistan XİN öz növbəsində ölkə Prezidenti Şavkat Mirziyoyevin islahatlarını dəstəklədiyinə görə ABŞ-a minnətdarlığını bildirib.

Blinken qeyd edib ki, Daşkənd səfəri zamanı ABŞ - Özbəkistan ikitərəfli münasibətlərini və Özbəkistanda islahatlar planlarını müzakirə etməyi planlaşdırır.

Saidov bildirib ki, Blinkenin səfəri zamanı siyasi danışıqlarla yanaşı, ticarət, investisiya, texnologiya və təhsil sahələrinə dair mövzularda müzakirələr aparılacaq.

Xatırladaq ki, ABŞ dövlət katibi Entoni Blinkenin Qazaxıstan, Özbəkistan və Hindistana səfəri başlayıb. Qeyd olunan Orta Asiya ölkələrinə səfərdən sonra Blinken 1-2 mart 2023-cü il tarixlərində Yeni Dehlidə keçiriləcək G20 Xarici İşlər Nazirləri Toplantısında iştirak etmək üçün Hindistana yola düşəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR