Paşinyan: Erməni Qriqorian Kilsəsi dövlətdən yüksəkdə dayana bilməz

Paşinyan: Erməni Qriqorian Kilsəsi dövlətdən yüksəkdə dayana bilməz
# 20 may 2023 12:29 (UTC +04:00)

Erməni Qriqorian Kilsəsi dövlətdən yüksəkdə dayana bilməz.

APA xəbər verir ki, bu barədə Ermənistan Baş naziri Nikol Paşinyan deyib.

O bildirib ki, kilsənin funksiyaları ilə dövlətin funksiyalarının qarışmağından təhlükəli heç nə yoxdur.

O vurğulayıb ki, əgər Erməni Həvari Kilsəsi siyasətlə məşğul olmaq istəyirsə, partiya yaratsın.

“Dövlət öz işi ilə kilsə isə öz işi ilə məşğul olmalıdır”, - Ermənistan Baş naziri əlavə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR