Peskov: Kreml cəmiyyətin prezidentin ətrafında birləşmə səviyyəsini yüksək qiymətləndirir

Peskov: Kreml cəmiyyətin prezidentin ətrafında birləşmə səviyyəsini yüksək qiymətləndirir
# 22 may 2023 15:17 (UTC +04:00)

Kreml cəmiyyətin prezidentin ətrafında birləşmə səviyyəsini yüksək qiymətləndirir.

APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov bildirib.

Onun sözlərinə görə, bu, həm prezident Vladimir Putin, həm də hamı üçün vacibdir.

Kremlin sözçüsü Dumanın "Ədalətli Rusiya" fraksiyasının rəhbəti Sergey Mironovun Putinin 2024-cü ildə prezidentliyə namizədliyini irəli sürmək təklifinə də münasibət bildirib. O, bu təklifin prezidentə yüksək səviyyədə dəstəyi təsdiqlədiyini söyləyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR