Prokuror rusiyalı jurnalist Nevzorova 9 il qiyabi həbs cəzası istəyib

Prokuror rusiyalı jurnalist Nevzorova 9 il qiyabi həbs cəzası istəyib
# 31 yanvar 2023 17:12 (UTC +04:00)

Moskvanın Basmannı məhkəməsindən jurnalist Aleksandr Nevzorovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

APA-nın Moskva müxbirinin məlumatına görə, prokuror Rusiya Federasiyası Silahlı Qüvvələrini nüfuzdan salmaqda ittiham olunan jurnalistin qiyabi olaraq 9 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Bundan başqa, dövlət ittihamçısı məhkəmədən Nevzorovun dörd il müddətinə internet saytları və digər resursları idarə etməsinə qadağa qoyulmasını xahiş edib.

Qeyd edək ki, məhkəmə prosesi təqsirləndirilən şəxs olmadan keçirilir. Prosesdə Nevzerovun maraqlarını təyin vəkili təmsil edir.

Qeyd edək ki, ötən ilin aprelində Nevzorov beynəlxalq axtarışa verilib, may ayında isə Basmannı məhkəməsi onun barəsində qiyabi həbs qərarı çıxarıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR