Putin xüsusi nümayəndəsinin dövlət qulluğu müddətini uzadıb

Putin xüsusi nümayəndəsinin dövlət qulluğu müddətini uzadıb
# 30 yanvar 2023 13:40 (UTC +04:00)

Rusiya prezidenti Vladimir Putin Rusiya Federasiyası Prezidentinin xüsusi nümayəndəsi Sergey İvanovun dövlət qulluğu müddətinin uzadılması haqqında sərəncam imzalayıb. APA-nın Moskva müxbiri xəbər verir ki, müvafiq sənəd rəsmi hüquq informasiya internet portalında dərc olunub.

"Rusiya Federasiyası Prezidentinin ətraf mühitin mühafizəsi, ekologiya və nəqliyyat üzrə xüsusi nümayəndəsi İvanov Sergey Borisoviçin federal dövlət qulluğunun müddəti 2024-cü il yanvarın 31-dək uzadılsın", - deyə sənəddə bildirilib.

Qeyd edək ki, yanvarın 31-də 70 yaşı tamam olacaq İvanov 2016-cı ilin avqustundan bu vəzifədədir. O, indiyə kimi Rusiyanın təhlükəsizlik şurasının katibi, müdafiə naziri, baş nazirinin müavini və prezident administrasiyasının sədri vəzifələrində çalışıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR