Qazaxıstanda şaxtada qaz sızması nəticəsində ölənlərin sayı 5-ə çatıb - YENİLƏNİB

Qazaxıstanda şaxtada qaz sızması nəticəsində ölənlərin sayı 5-ə çatıb - YENİLƏNİB
# 03 noyabr 2022 08:52 (UTC +04:00)

Qazaxıstanın Karaqanda vilayətindəki qazsızması nəticəsində şaxtada ölənlərin sayı 5-ə çatıb.

APA xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat verilib.

Qaz drenaj quyularında qəfil qaz boşalması nəticəsində baş verən hadisədə 4 nəfər xəstəxanaya yerləşdirilib, bir nəfərin axtarışı aprılır.

***

Saat 07:30

Qazaxıstanın Karaqanda vilayətindəki şaxtada qazsızması olub.

APA xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin rəsmi nümayəndəsi Ruslan İmankulov məlumat verib.

Hadisə nəticəsində 4 nəfər ölüb.

“Mövcud ilkin məlumata görə, noyabrın 3-də, təxminən, səhər saat 3 radələrində Şaxtinsk şəhərində “ArselorMittal Temirtau” SC-nin Lenin adına mədənində qaz-drenaj quyularında qazma işləri aparılarkən qəfil qazsızması baş verib. Hadisə 4 işçinin ölümünə səbəb olub, digər işçinin axtarışları davam edir. Daha 4 işçi xəstəxanaya yerləşdirilib”, - deyə məlumatda qeyd olunub.

Hadisə ilə bağlı 106 nəfərin təxliyə edildiyi bildirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR