Qırğızıstan bu il KTMT təlimlərini öz ərazisində keçirəcək

Qırğızıstan bu il KTMT təlimlərini öz ərazisində keçirəcək
# 10 mart 2023 14:09 (UTC +04:00)

Qırğızıstan bu il Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) sülhməramlı qüvvələrinin “Sarsılmaz Qardaşlıq - 2023” təlimlərini öz ərazisində keçirəcək.

APA KTMT mətbuat xidmətinə istinadən xəbər verir ki, bu barədə KTMT Baş katibi İmanqali Tasmaqambetov Qırğızıstan Prezidenti Sadır Japarov ilə Bişkek şəhərində görüşü zamanı bildirib.

Qırğız prezidenti öz növbəsində qeyd edib ki, ölkəsi regionda təhlükəsizliyin təminatçısı kimi KTMT çərçivəsində əməkdaşlığa böyük əhəmiyyət verir.

Xatırladaq ki, bu ilin əvvəlində Ermənistan KTMT təlimlərini keçirməkdən imtina etmişdi, çünki bu ölkənin Müdafiə Nazirliyi bunu məqsədəuyğun hesab etmədiyini açıqlamışdı.

;
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR