Ukraynalı diversiya-kəşfiyyat qrupu Belqorod vilayətinin Qraivoronski rayonu ərazisinə daxil olub.
APA-nın Rusiya bürosu xəbər verir ki, bu barədə Belqorod vilayətinin qubernatoru Vyaçeslav Qladkov bildirib.
Onun sözlərinə görə, hazırda Ukrayna diversiya-kəşfiyyat qrupunun məhv edilməsi istiqamətində tədbirlər görülür.