Robert Köçəryan prezidentliyə namizəd olmayacaq

Robert Köçəryan

© APA | Robert Köçəryan

# 26 yanvar 2022 16:45 (UTC +04:00)

Ermənistanın sabiq prezidenti, müxalif “Hayastan” blokunun lideri Robert Köçəryan prezident postuna namizədliyini irəli sürməyəcək.

APA-nın xəbərinə görə, bu barədə TASS “Hayastan” blokunun nümayəndəsi, deputat Aqnessa Xamoyana istinadən məlumat yayıb.

Robert Köçəryan prezidentliyə namizədliyini irəli sürməyəcək. Bloka gəlincə, biz öz namizədimizi irəli sürmək imkanını müzakirə edirik”, - deputat vurğulayıb.

Qeyd edək ki, Armen Sarkisyan yanvarın 23-də prezident postundan istefa verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR