Rospotrebnadzor: Quş qripi ilə əlaqədar Moskva sakinlərinin sağlamlığı üçün risk yoxdur

Rospotrebnadzor: Quş qripi ilə əlaqədar Moskva sakinlərinin sağlamlığı üçün risk yoxdur
# 18 may 2023 18:17 (UTC +04:00)

Quş qripi ilə əlaqədar Moskva sakinlərinin həyatı və sağlamlığı üçün risk yoxdur.

APA-nın Moskva müxbiri xəbər verir ki, bu barədə Rospotrebnadzorun mətbuat xidməti məlumat yayıb.

Bildirib ki, Rusiya paytaxtında insanların quş qripinə yoluxma halları qeydə alınmayıb.

Qeyd edək ki, bu gün Moskva meri Sergey Sobyanin quş qripi ilə əlaqədar paytaxtın Brateevo, Kapotnya, Maryino, Lyublino, Peçatniki, Moskvoreçye-Saburovo, Tsaritsıno, Şərqi Biryulyovo, Şimal və Cənub Orexovo-Borisovo və Zyablikovo rayonlarında karantin elan edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR