Rusiya İstintaq Komitəsinin müstəntiqləri “Nə? Harada? Nə zaman?” intellektual oyununun tanınmış iştirakçısı, azərbaycanlı Rövşən Əsgərovun Ukraynanın “YouTube” kanalına müsahibəsində səsləndirdiyi və Rusiya Silahlı Qüvvələri barədə ifadələrinə hüquqi qiymət verəcəklər.
APA-nın Moskva müxbiri xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsinin məlumatında bildirilib.
Qeyd edək ki, İstintaq Komitəsi ona qarşı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 354.1-ci maddəsinin 4-cü hissəsi ilə nasizmin reabilitasiyası ilə bağlı cinayət işi açıb. Moskvanın Basmannı məhkəməsi Əsgərovu qiyabi həbs edib. Moskva Şəhər Məhkəməsi həbsi qanuni hesab edib.
Rövşən Əsgərov Rusiyanı tərk edərək Azərbaycana gəlib.