Rusiya FTX dəmir yolunda diversiya törədən 3 yeniyetməni saxlayıb

Rusiya FTX dəmir yolunda diversiya törədən 3 yeniyetməni saxlayıb
# 30 yanvar 2023 13:51 (UTC +04:00)

Moskva vilayətində Kursk istiqamətində dəmir yolu xəttində diversiya törədən 3 yeniyetmə saxlanılıb.

APA-nın Moskva müxbiri xəbər verir ki, bu barədə Rusiya Federal Təhlükəsizlik Xidməti məlumat yayıb.

Məlumatda bildirilib ki, 8-ci sinif şagirdi olan yeniyetmələr Telegram vasitəsilə naməlum şəxslərlə əlaqə saxlayıb, onlara pul müqabilində nəqliyyat infrastrukturuna ziyan vurmaq təklif olunub.

FTX-dan bildirilib ki, bu cür hərəkətlər terror aktı və ya təxribat maddəsi ilə təsnif edilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR